Bakıda sürücü yük avtomobilini polislərin üzərinə sürüb.
Bu barədə BUTA.TV-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, mayın 24-ü saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 47.5-ci km-də “Kamaz” markalı, 16-BD-057 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Rövşən Dilən oğlu İsmayılov apardığı yükün çəkisinin müəyyən edilməsi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Lakin nəqliyyat vasitəsinin tərəziyə çıxarılması barədə göstərişə aqressiv reaksiya verən sürücü polisin qanuni tələbini yerinə yetirməkdən qərəzli şəkildə imtina edib və avtomobili polis əməkdaşlarının üzərinə sürməyə cəhd edərək ərazidən uzaqlaşmağa çalışıb.
Görülən tədbirlər nəticəsində yük avtomobilinin sürücüsü saxlanılıb və polisin qanuni tələbinə əməl etmədiyinə görə barəsində müvafiq sənədləşmə aparılaraq baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.İsmayılov təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilib.
- Kür çayında cərəyanla qanunsuz balıq ovlayan 3 nəfər saxlanıldı
- Ağcabədidəki dəhşətli qəzada ölən qazi imiş
- Bu tarixə kimi yağış yağacaq - Xəbədarlıq
- "Bakı Bus" sürücüsünün kobud qayda pozuntusu... - Video
- Buzovnada qaya daşlarını zədələyən şəxs saxlanıldı
- “Avronyus”da Azərbaycan paxlavası...
- Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir
- Əfsanəvi Elnur Məmmədov bomj kimi öldü - Foto