Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CHP lideri Kemal Kılıçdaroğlunun "Türkün" yolu layihəsini yenidən tənqid edib.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə o, Antalyada çıxışı zamanı bildirib.
O qeyd edib ki, türkün yolu şəhid qanı tökülmüş qədim türk yurdu Şuşadan, Cəbrayıl və Zəngəzurdan keçər.
"Ermənistan Baş naziri Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirir. Bəs sənin dərdin nədir, Azərbaycandan nə istəyirsən?”, - Çavuşoğlu deyib.
XİN başçısı müasir Türkiyənin sadəcə özünün deyil, həm də bütün türk dünyasının maraqlarını qoruduğunu vurğulayıb.
- Həsənovun cinayət işi məhkəməyə göndərildi
- Taksi sahiblərinin nəzərinə: Sığorta ilə bağlı mühüm qərar...
- Bakı metrosuna yeni qatarlar alınacaq
- Azərbaycan onu Tacikistana təhvil verdi
- Qanlı Göl ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq
- Bağça müəllimlərinin nəzərinə: Yerdəyişmə müsabiqəsi...
- Aprelin ilk ongünlüyündə hava belə olacaq
- Elektromobili “evdən şarj” etməyin təhlükələri