Azərbaycan Premyer Liqasında XXX turun daha bir görüşü baş tutub.
BUTA.TV xəbər verir ki, “Kəpəz”lə “Turan Tovuz” üz-üzə gəliblər. Gəncə şəhər stadionunun ot örtüyü yararsız vəziyyətdə olduğu üçün rəqibini Qəbələdə qəbul edən Tərlan Əhmədovun kollektivi erkən qolla hesabı açıb. Nigeriyalı hücumçu Abdullahi Şuaybu qapıçı ilə təkbətək dueldən qalib ayrılıb. Matç Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun ilk günündə “Zirə” “Səbail”ə evdə 3:1, “Qəbələ” “Neftçi”yə səfərdə 2:1 hesabı ilə qalib gəlib. Sabah isə “Şamaxı” “Sumqayıt”ı, “Sabah” isə “Qarabağ”ı qəbul edəcək.
- Laçına güclü qar yağdı - Video
- Bakıda, yağış altında, yolun ortasında rəqs edən qız - Video
- Merin müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi
- Bakıda hasar maşınların üzərinə aşdı - Video
- Yağış Bakıda bu klinikanı yararsız hala saldı - Video
- DİN: Vətəndaşlara belə köməklik göstərilir - Video
- 15 ağac kəsildi: cinayət işi açıldı
- Sumqayıtda kommunal xidmətlər gücləndirilmiş rejimdə çalışır