Gömrük orqanları tərəfindən bir sıra hallarda xeyli miqdar və növdə dərman vasitələrinin vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı miqdar və növ çoxluğuna görə səhiyyə orqanlarının müvafiq sənədinin təqdim olunması tələb edilir.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
"Bəzi hallarda vətəndaşlar şəxsi istifadədən artıq miqdarda dərman vasitələrini ölkə ərazisinə gətirməyə çalışırlar", - DGK-nin məlumatında bildirilib.
Dövlət Gömrük Komitəsi vətəndaşların diqqətinə çatdırır ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü bəndinə əsasən Azərbaycan Respublikasına gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər, bu zaman heç bir sənəd tələb olunmur.
- Üç övladı olan valideynləri sevindirəcək xəbər
- Bu gün sonuncu Qədr gecəsidir
- Sabah yağış yağacaq
- Neftçalada 37 yaşlı qadın faciəvi şəkildə öldü
- Bakıda 53 yaşlı qadın doğuş zamanı öldü
- Prezident bu türbənin bərpasına 10 milyon ayırdı
- Məzuniyyət vaxtı üçün əmək haqqı necə hesablanır?
- Ramazan bayramı namazının vaxtı açıqlandı