Qərb ikinci cəbhə açaraq Gürcüstanı Rusiya ilə hərbi münaqişəyə girməyə məcbur edir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
“Vaşinqton, Brüssel, London və digər Qərb paytaxtlarının Gürcüstan rəhbərliyini ikinci cəbhənin açılmasına inandırmaq üçün israrlı cəhdlərini görürük. Onlar Gürcüstan rəhbərliyini inandırırlar ki, indi Abxaziya və Cənubi Osetiya ərazilərinə nəzarəti bərpa etmək mümkün olan ən uyğun məqamdır”, - o bildirib.
Narışkinin sözlərinə görə, onların niyyəti Ukraynaya kömək etməkdir:
“Görürlər ki, döyüş meydanında vəziyyət Ukraynanın xeyrinə deyil, ona görə də bu yolla Gürcüstanı Rusiya ilə hərbi münaqişəyə girməyə vadar edirlər”.
- Azərbaycanda Novruz bayramı qeyd edilir
- Azərbaycanın bu ölkədəki səfirliyi 10 gün işləməyəcək
- Daha bir şirkətin vergi borcu üzə çıxdı
- Nəriman İskəndərov Azərbaycana ekstradisiya ediləcək
- Məzahir Pənahovun maaşı bu qədər artdı
- Kamran Əliyevin maaşı 10490 manat qaldırıldı
- MSK üzvlərinin maaşları artırıldı
- Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırıldı