Çeçenistan lideri Ramzan Kadırovun polis idarəsinə hücuma nümayişkaranə reaksiyası onun hakimiyyətin sabitliyindən narahatlığından xəbər verə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Ötən gün gecə Kadırov polisə qumbara atan iki nəfərin öldürülməsi barədə məlumat verib. Çeçenistan rəhbəri 15 yaşlı oğlu, ölkə rəsmiləri və təhlükəsizlik işçiləri ilə birlikdə hücumun baş verdiyi yerə getdiyini, hücum edənlərin cəsədlərini yoxladığını əks etdirən görüntüləri də yayıb.
O, cəsədlərə nümayişkaranə baxışı ilə güclü insan imicini bərkitmək və çeçenlərə onun hakimiyyətinə qarşı istənilən formada daxili müqavimətin aradan qaldırılacağına işarə etmək istəyirdi. Kadırovun hücuma reaksiyasının bu qədər ani və sərt olması onu deməyə əsas verir ki, Çeçenistan daxilində onun hakimiyyətini sarsıda biləcək daxili müqavimət potensialından narahatdır”.
- Bəzi ərazilərdə işıq olmayacaq
- Bu gündən elektron siqaretlər qadağan olundu
- Lahıc yolunda torpaq sürüşməsi baş verdi, hərəkət dayandırıldı
- Cümhuriyyət Qülləsində bayrağımız proyeksiya olundu - Foto
- Bakıda dəhşətli qırğın, 12 min ölü - Avstriya qəzeti
- Pənahov keçmiş həyat yoldaşına bu əmlakları qaytaracaq
- Türkiyəyə atılan raketlərlə bağlı birgə... - Arakçı açıqladı
- Məhərrəm ayı bu tarixdə başlayacaq