Türkiyə Prezident Administrasiyasında Rusiya lideri Vladimir Putinin ölkəyə gözlənilən səfəri ilə bağlı məlumat yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ərdoğanın ofisindəki mənbə bildirib.
Qeyd edək ki, bu gün Türkiyə mətbuatı Rusiya dövlət başçısının Ankaraya mümkün səfəri barədə məlumat yayıb.
Bildirilib ki, hakimiyyət Putinin səfərinə hazırlaşır və səfər gizli saxlanılır. İki ölkə liderlərinin geniş spektrli məsələləri müzakirə edəcəyi və Putinin Türkiyənin cənub-şərqindəki zəlzələ zonasına səfər edəcəyi gözlənilir.
- Daha bir şirkətin vergi borcu üzə çıxdı
- Nəriman İskəndərov Azərbaycana ekstradisiya ediləcək
- Məzahir Pənahovun maaşı bu qədər artdı
- Kamran Əliyevin maaşı 10490 manat qaldırıldı
- MSK üzvlərinin maaşları artırıldı
- Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırıldı
- Yeni vəzifə maaşları: Baş nazir 17160 manat, nazir isə...
- Qəbiristanlıqlarda mina riski var, diqqətli olun!