Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib.
BUTA.TV xəbər verir ki, Xalq artisti Mübariz Tağıyev "7 canlı" verilişində mərhumun gələcək planlarından danışıb. O bildirib ki, O.Əliyev məşhur "Yeni ulduz" layihəsini etməyi planlaşdırırmış:
"Oqtay mənim üçün dost yox, həm də qohum kimi idi. Baxmayaraq ki, aramızda yaş fərqi var, bir məhəllədə böyümüşük, bir məktəbdə oxumuşuq. Valideynlərimiz çox yaxın olub. Yaş gedir, dostlarımı itirirəm. Oqtay mənə yaxın idi, gənc yaşda getməyi mənə təsir etdi. Dilarə nə gündədir... Anası, atasından danışmıram, necə bir vəziyyət yaranmışdı. Bunları gördüm, dəhşət idi. "Yeni ulduz"dan danışmışdıq. Deyirdi ki, yeni formatda edəcəyəm. Bu layihəni başqa cür görürəm artıq. Çox danışmayacam. Çünki biz dostları onun bu istədiyini həyata keçirəcəyik".
"Aygün Kazımovanın ad günündə danışdıq. Biz Aygün xanımın repertuarından mahnı oxuduq. Qayıtdı ki, bizim uşaqlar böyüyüb, necə gözəl performanslar göstərirlər. Dedi ki, Novruz bayramından sonra bunu edəcəyəm. Mütləq olacaq" deyə, aparıcı Vüsalə Əlizadə deyib.
- Bakıda dəhşət: qardaş qardaşı qətlə yetirdi
- Bakıda baş verən qəzanın - Anbaan videosu
- Sahil Babayev ona vəzifə verdi - Foto
- Onların ailə üzvlərinə Prezident təqaüdü veriləcək
- Prezident sərəncam imzaladı
- Xırdalanda su problemi nə vaxt düzələcək? - Açıqlama
- May ayında 14 gün iş olmayacaq
- Xocavəndə daha 64 ailə yola salındı