Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi....
Kult.az xəbər verir ki, bunu xalq artisti Mehriban Zəki sosial şəbəkə hesabında yazıb.
“İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə problem yoxdur keçib gedəcək deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi.
Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi...
Bu sadəcə qəzavü-qədər idi.
Mən sağalacam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq.
Dilarə də inşallah özünü toparlayar. O çox güclü qadındır.
Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay.
Martın 22-si belə yazıldı bizimçün”.
Qeyd edək ki, martin 22-də Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobili sürən O.Əliyev vəfat edib, xalq artisti Mehriban Zəki yaralanıb, O.Əliyevin həyat yoldaşı əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
- Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
- Maştağada gölü qanunsuz dolduran şəxs həbs olundu
- Məşğulluq xidmətlərində süni intellektin tətbiqi planlaşdırılır
- Bu hərbçilərə mənzillər verildi - Video
- Məhkəmədən Nazim İbrahimovun qardaşı ilə bağlı qərar
- Azərbaycanla Latviya Tədbirlər Planı imzaladı
- 17 yaşlı oğlan atasını, görün, niyə öldürüb - Təfərrüat
- ABB-dən “Fayda Max Abunəlik” proqramı