Kiyevin Qərbdəki müttəfiqləri heç vaxt öz əsgərlərini Ukraynaya göndərmək imkanını müzakirə etməyiblər.
BUTA.TV xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tayani deyib.
“Mənə bu haqda heç nə məlum deyil. Biz heç vaxt qoşunların Kiyevə göndərilməsi barədə danışmamışıq. Srağagün AB XİN başçıları və ABŞ dövlət katibi Entoni Binkenlə görüşlərdə də bu barədə söhbət olmadı”, - Tayani bildirib.
Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban Qərbin Ukrayna qoşun göndərməsilə bağlı hazırlıq apardığını bildirmişdi.
- Sumqayıtda güclü yağış: 2 qurum hərəkətə keçdi
- Bakıda icra başçıları su basan ərazilərdə - Foto
- Xaçmazda 22 nəfər təhlükəsiz əraziyə təxliyə edildi - Video
- Bu çaylarda suyun səviyyəsi 78 sm artdı
- Yağışla bağlı “102”yə edilən müraciətlərin sayı açıqlandı
- Bakıda bu ərazi yağış sularından təmizlənir - Video
- Bakıda yol çökdü - Foto
- Messi DÇ-2026-da oynayacaq?