Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

28 yaşlı Yeni Azərbaycan Partiyası

Siyasət
28 yaşlı Yeni Azərbaycan Partiyası

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasından 28 il ötür 28 il öncə Azərbaycanda yaranmış ağır vəziyyət yeni bir siyasi təşkilatın, YAP-ın yaranma zərurətini meydana gətirdi. 

 

Buta.ws xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən zamanda ölkəni bəlalardan qurtardı və inkişaf yoluna doğru istiqamətləndirdi. Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq, insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır. Məlumdur ki, Yeni Azərbaycan Partiyasının simvolu-dəfnə ağacı və onun mərkəzində səkkiz guşəli ulduzdan ibarətdir. Ulduzun içərisinə isə “YAP” yazılıb. Bayrağın üzərində partiyanın simvolu əks olunub. Partiyanın simvolu olaraq dəfnə ağacının simvol kimi seçilməsi də təsadüfi deyil.

 

Çünki dəfnə zənginlik, rifah, xoşbəxtlik, azadlıq kimi mənaları özündə ehtiva edir. Simvol ümumi müzakirə nəticəsində hazırlanmışdır. Onun konkret müəllifi isə YAP-ın yaradıcılarıdır. YAP-ın bayrağı ağ rəngdədir. Ağ isə Sülh, əmin-amanlıq rəmzidir. 1992-ci il, noyabrın 21-də Naxçıvanda Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının ilk təsis konfransı keçirilib. Partiya 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və qısa müddətdə bütün rayonlarda təşkilatları və özəkləri yaradılıb. YAP-ın təsis konfransında qəbul edilən Proqram və Nizamnamə partiyanın 1999-cu il dekabrında keçirilən I Qurultayında geniş şəkildə müzakirə edilərək təsdiq olunub. Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən iqtisadi və sosial cəhətdən güclü Azərbaycan uğrunda mübarizə aparır. Heç kimə sirr deyil ki, bu gün Yeni Azərbaycan partiyasını belə qüdrətli olmasının əsas səbəbi onun bünövrəsinin sağlam təməl daşları üzərində ucaldılmasıdır. Heydər Əliyev siyasətini layiqincə davam etdirən ölkəmizin başçısı, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin bu günlər də bizə yaşatdığı "Qarabağın Qələbə" sevincini ən böyük nümunə gətirərək əminliklə deyə bilərik ki, xalq bu zəfəri heç vaxt unutmayacaq. Bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Heç şübhəsiz ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub.

 

Bu gün ölkəmizdə bütün uğurların, o cümlədən insan azadlığının, hüquqi dövlət quruculuğunun və düşmənlə döyüşdə qazanılan böyük tarixi Qələbənin, iqtisadi-sosial nailiyyətlərin birbaşa səbəbkarı olan ulu öndərimiz Heydər Əliyevin və onun layiqli və ləyaqətli davamçısı, görkəmli dövlət xadimi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası da ölkəmizin dünya miqyasında tutduğu mövqeyə paralel olaraq gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını könüllü olaraq genişləndirərək inkişaf edir, milli dövlətçiliyimizin inkişafı naminə möhkəmlənir. Mən də gənc fəal YAP-çı olaraq Yeni Azərbaycan Partiyasının bütün rəhbərliyini təbrik edirəm.

 

Fuad Heydər Yeni Azərbaycan Partiyasının Səbail Rayon Gənclər Birliyinin sədr müavini.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla