Etirazçılar artıq birbaşa Xameneini hədəf alır

13:16 - 20 Fevral 2023 - GÜNDƏM

 Etirazçılar artıq birbaşa Xameneini hədəf alır

İran polis qüvvələrinin komandanı Əhmədrza Radan son aylarda baş verən nümayişləri fitnə adlandıraraq, şüarların birbaşa Əli Xameneini hədəf aldığını deyib.

BUTA.TV xəbər verir ki, o, fevralın 19-da bu barədə danışıb.

O, Xameneini”son səngər” adlandırıb və düşmən qüvvələrinin onu sındırmağa çalışdıqlarını deyib.

Əhmədrza Radan 500-dən çox etirazçının hökumət məmurları tərəfindən öldürülməsinə toxunmayıb və onların xalq tərəfindən cəzalandırıldıqlarını iddia edib.

Qeyd edək ki, öncəki illərdən fərqli olaraq, Xameneinin imicinə ölümcül zərbə dəyib və artıq etirazlarda ona qarşı şüarlar səsləndirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol