Ukraynadakı vaqnerçilər Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov və general- polkovnik Aleksandr Lapinin fotolarını atəşə tutublar.
BUTA.TV xəbər verir ki, bu haqda Ukrayna daxili işlər nazirinin keçmiş müavini Anton Geraşenko özünün “Pravda Gerashchenko” Teleqram kanalında görüntü paylaşıb.
Vaqnerçilər generalları “güllələyəndən” sonra hədəfə yaxınlaşaraq, onları təhqir ediblər və silah-sursat göndərilməməsinə əsəbiləşdiklərini nümayiş etdiriblər.
Məlumatda bunun “Vaqner”in başçısı Yevgeni Priqojinlə sözügedən generallar arasındakı münaqişə fonunda baş verdiyi qeyd olunub.
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video