İnsanı cavan saxlayan məhsullar...

01:10 - 20 Fevral 2023 - SAĞLAMLIQ

 İnsanı cavan saxlayan məhsullar...

Tərkibində təbii biotənzimləyicilər - poliprenollar və bioflavonoidlər olan giləmeyvə və meyvələr insanı cavan saxlamağa kömək edəcək.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyada XFIT fitness testi üzrə terapevt və mütəxəssis Yekaterina Ladygina deyib.

"Bir ovuc zoğal və qarağat kimi giləmeyvə yaddaşı və idrak funksiyasını yaxşılaşdıracaq, antidepresan təsir göstərəcək və gəncliyi uzatmağa kömək edəcək", - həkim deyib.

Mütəxəssis cavanlığı qorumaq üçün qaragilə, qara və qırmızı qarağat, kivi, zoğal və albalıdan istifadə etməyi tövsiyə edib:

"Onlar reparativ və bərpaedici prosesləri aktivləşdirir, orqanların strukturunu və funksiyalarını bərpa edir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol