“İran Zəngəzur üçün geosiyasi fəlakətdir”. Bu iddia son iki ildə İranda intensiv şəkildə gündəmə gətirilir və həm 44 günlük müharibədən sonra bölgədə yaranmış reallıqlara, həm də Azərbaycana qarşı addımlarda “arqument” olaraq göstərilir.
İran rejiminin nümayəndələri eyni iddianı bu dəfə Almaniyada gündəmə gətirib. Berlində yerləşən SWP beyin mərkəzinin iranlı qonaqlarından biri Həmidrza Əzizi deyib ki, “Zəngəzur dəhlizi İran üçün geosiyasi fəlakət olacaq”.
O iddiasını belə əsaslandırır ki, Ermənistanın cənubundakı Sünik (Zəngəzur -red) vilayətinin Gorus rayonunda yerləşən kiçik otel Qərb dövlətləri, Türkiyə, Rusiya və İran arasında geosiyasi manevrlər üçün platformaya çevrilir: “Antik kilimlər və mis məmulatlarla dolu üç kənd koteclərindən ibarət “Mirhav” oteli Ermənistan və Azərbaycan arasında münaqişənin yenidən başlaması qorxusu fonunda İranı bu sövdələşmədə ən böyük uduzan tərəfə çevirə bilər. Ən böyük narahatlıq ondan ibarətdir ki, indi Əliyev Rusiyanın Ukrayna probleminə və İranın daxili iğtişaşlara başlarının qarsımasını nəzərə alaraq, daha böyük imtiyazlar əldə etməyə çalışacaq: söhbət Ermənistanın ən cənubundakı Sünik əyaləti vasitəsilə Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək quru və dəmir yolu dəhlizindən gedir. Sözügedən dəhliz həmçinin İranı yeganə xristian qonşusu və qərb bazarlarına çıxaran möhkəm və həyati nəfəsgah kimi Ermənistandan ayırır. Bununla, Ermənistan da öz növbəsində potensial olaraq ən dost qonşusu olan İranın hərbi dəstəyindən praktiki olaraq məhrum olacaq...”.
İranın rəsmi mövqeyi də eynidir və Həmidrza Əzizi bu mövqeyi dilə gətirir, bununla Azərbaycana qarşı hücumlarına beynəlxalq ictimai rəydə haqq qazandırmağa çalışırlar.
Hərçənd, Həmidrza Əzizinin bu çıxışı bəzi mətləblərə də aydınlıq gətirmiş oldu.
Və “İran üçün Zəngəzur dəhlizi geosiyasi fəlakətdir, yoxsa Ermənistana dəstək vermək” sualını da ön plana çıxardı.
Zəngəzur dəhlizi bütün region ölkələri üçün siyasi və iqtisadi divident vəd edir.
Dəhlizin açılması və regional kommunikasiya əlaqələrinin bərpa edilməsi bölgədə siyasi birliyi də gücləndirəcək. Bu, müharibədən sonra 3+3 formatı ilə gündəmə gəlib və belə bir formada siyasi əməkdaşlıq platformasının yaradılması regiona kənar təsirləri neytrallaşdırmaq, o cümlədən, problemlərin bu çərçivədə müzakirə yolu ilə həll edilməsi imkanları yaradır. İllərdir Qərblə qarşıdurma yaşayan, sanksiyalarla üzləşən İran əslində belə bir perspektivdə ən çox maraqlı tərəf olmalıdır.
Zəngəzur dəhlizinin iqtisadi dividentlərinə gəlincə, bu, bütövlükdə regionun gələcəyini təmin edən layihədir.
Söhbət regionumuzun Avrasiyanın nəqliyyat şəbəkəsində xüsusi paya malik olması və tranzit daşımalarından əldə edəcəyi gəlirlərdən gedir. Layihə İran üçün xüsusilə iki kontekstdə əhəmiyyətlidir:
- İran Avrasiyanın gələcəyi hesab olunan “Bir kəmər, bir yol” layihəsində yer alır və Zəngəzur dəhlizinin açılması bu layihənin nəqliyyat dəhlizlərinin inkişafı baxımından əhəmiyyətlidir;
- Zəngəzur dəhlizi, eləcə də Cənubi Qafqazda kommunikasiyanın bərpası Avropa bazarına çıxışda davamlı problemlər yaşayan İrana alternativ çıxış imkanları yarada bilər;
- Zəngəzur dəhlizi eyni zamanda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat şəbəkəsini Cənubi Qafqazda birləşdirmək, Avropa və Asiya bazarları arasında körpü yaratmaq baxımından strateji əhəmiyyətə malikdir: Şimal-Cənub layihəsinin bir hissəsi olan İran da prosesdən qazanclı çıxa bilər;
İran rejiminin rəhbərliyi ya bu reallığı görməyəcək qədər səbatsızdırlar, ya da Zəngəzur dəhlizinə qarşı utopik görünən iddialarından ermənipərəst siyasətlərini pərdələmək məqsədilə istifadə edir.
Və Ermənistana dəstək verməklə İranı gerçək mənada geosiyasi fəlakətə sürükləyirlər. Ermənistan bölgədə “dalan ölkədir” və Türkiyə-Azərbaycan faktoru olmadan, xüsusilə 44 günlük müharibədən sonra yaranış reallıqlar fonunda, bu uçurumdan xilas ola bilməyəcək: yeganə xilas yolu Zəngəzur dəhlizi də daxil olmaqla öhdəliklərinin icra edilməsi və münasibətlərin normallaşmasıdır. İran məhz “dalan ölkə”yə kapital yatırır və bununla təkcə Azərbaycanla Türkiyəyə qarşı yox, həm də Rusiyaya qarşı cəbhədə yer alır. Bu gün Ermənistana bu və ya digər formada vədlər verən Qərb ölkələrin bölgədəki vəziyyəti dəyişmək gücündə olmadığını nəzərə alsaq, Ermənistanın “ölü sərmayə” olduğunu əminliklə deyə bilərik. Regional mənzərə İranın əslində Ermənistana dəstək verməklə fəlakətə sürükləndiyini göstərir.
İranda rejimi bunu anlamır, yaxud anlamaq istəmir və “ölü sərmayə” olan Ermənistana siyasi, iqtisadi, hərbi vəı mənəvi dəstək verməklə təkcə geosiyasi fəlakətə sürüklənmir, həm də İslama qarşı düşmənçilik siyasətini aparırlar. Bu baxımdan, Həmidrza Əzizinin açıqlaması İran rejiminin gerçək mahiyyətinin nümayişi hesab edilə bilər.
Birincisi, İran rejiminin uzaqgörənliyi, siyasi fəhmi olduqcam bəsitdir: onlar geosiyasi prosesləri hələ də moizə oxuduqları məclislərdəki müzakirələr səviyyəsində görürlər;
İkincisi, İran ermənipərəst siyasətini belə absurd iddialar altında gizlətməyə, həm də anti-İslam siyasətini pərdələməyə çalışır;
Məlumdur ki, H.Əzizinin bu çıxışı özünün beyninin məhsulu yox, İran liderlərinin mövqeyinin ifadəsidir. Zəngəzuru min illik “erməni torpağı” adlandıran Xameneidən tutmuş molla rejiminin siyasi və hərbi rəhbərliyinin hamısı Azərbaycana qarşı düşmən mövqeyini gizlətmirlər. Həmidrza Əzizi sadəcə olaraq, “geosiyasi fəlakət” kimi absurd iddialarla pərdələyir və İranın anti-İslam siyasətinə haqq qazandırmağa çalışır.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı