Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün bir gün əvvəl Almaniyaya yollanıb. Lakin onun adı heç bir panel müzakirəndə yoxdur. Əliyev və Qaribaşvili də Münhendədir və onlar Cənubi Qafqazda təhlükəsizliklə bağlı müzakirədə iştirak edəcəklər. Sual yaranır: bəs Paşinyan Münhenə niyə gedib? Maraqlıdır, Paşinyan dövlət başçılarının ənənəvi olaraq indiki geosiyasi və geoiqtisadi mövqelərini səsləndirmək üçün istifadə etdikləri beynəlxalq platformada niyə vaxt itirir? Niyə Münhenə gəlib Avropa ictimaiyyətinin yanında Əliyevlə açıq danışmaq fürsətini əldən verir?
BUTA.TV xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.
O bildirib ki, qoyulan suallara Paşinyanın Münhendəki ilk görüşü ilə cavab tapmaq olar:
“Paşinyan AB Şurasının Prezidenti Şarl Mişel ilə qeyri-rəsmi görüş keçirib. Söhbətin əsas mövzusu regional təhlükəsizlik və Ermənistanla AB arasında əməkdaşlıq məsələləri olub, lakin onların danışıqlarının başqa təfərrüatı məlum deyil. Ermənistan rəhbərinin Münhen konfransının cədvəlində yer almaması və onun Mişellə qeyri-rəsmi görüşü çox dəqiq mənzərə yaradır.
Birincisi, Avropa istiqamətində təşəbbüsü tam itirməmək, heç olmasa Avropanın bu gün təkcə Azərbaycanla deyil, Ermənistanla əməkdaşlıqda maraqlı olduğu görüntüsünü saxlamaqdır. O, Əliyevdən fərqli olaraq, bir ay əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunda da iştirak etməyib. Bu isə İrəvanın xarici siyasətdə tam passivliyə çəkilməsi kimi qəbul edilib. Ona görə də Paşinyan Münhenə tamamilə unudulmamaq üçün gedib. Əlbəttə, Paşinyanın Davosda iştirak etməməsinin obyektiv səbəbləri var idi: onun Bakıdan fərqli olaraq, Qərbə təklif edəcəyi heç nəyi yox idi. Amma istənilən irimiqyaslı beynəlxalq tədbir həm də siyasi təmaslar platformasıdır. Təəccüblü deyil ki, “qaçırılan” Davos Cənubi Qafqazdakı proseslərin iştirakçıları tərəfindən İrəvan üçün mənfi kimi qeydə alınıb.
Paşinyanın Münhenə səfərinin ikinci səbəbi Ermənistanın AB-dəki siyasi mövqelərini geri almaq cəhdidir. İrəvan öz əlləri ilə Brüsseldəki Ermənistan-Azərbaycan danışıq meydanını bağladı və indi bunun nə üçün etdiyini, Avropa rəsmilərinin Cənubi Qafqazda maraqlarını reallaşdırmaq müqabilində Brüsselə nə təklif edə biləcəyini izah etməlidir.
Üçüncü səbəb AB-nin Cənubi Qafqaza erməni qapılarından sürünərək keçməsi ilə bağlı AB rəhbərliyi ilə qapalı danışıqlardır. Paşinyan Almaniyaya eksklüziv səbəblərə görə gedib. Mişel, Makron və AB-nin Rusiya ilə Qafqaz regionu uğrunda mübarizəsinin təşkilində iştirak edən digər Avropa liderləri ilə görüşlər üçün. Bu yolda ilk addım atıldı - Ermənistanda AB-nin ikiillik “mülki müşahidəçilər” missiyası yerləşdirildi və bu missiya tezliklə Fransa və Almaniya təhlükəsizlik qüvvələri ilə tamamlanacaq. Nikol indi AB-dəki siyasi himayədarları ilə İrəvanın Rusiyaya qarşı Brüssellə dostluğunu necə davam etdirəcəyi barədə razılığa gəlməlidir. Təhlükəsizlik konfransı Münhenə gəlmək və Avropa elitası ilə görüşmək üçün sadəcə bəhanədir”.
Petrov qeyd edib ki, Ermənistan üçün bu günlərdə Azərbaycanla münasibətlərin tənzimlənməsi problemləri arxa plana keçəcək:
“Bu səbəbdən Paşinyanın Cənubi Qafqazda təhlükəsizliklə bağlı müzakirələrdə iştirak etmir”.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı