Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5 000 manat pul və qızıl zinət əşyaları talanıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı