Araratın Türkiyəyə “emosional” səfəri nəticə verəcək?

12:48 - 17 Fevral 2023 - GÜNDƏM

 Araratın Türkiyəyə “emosional” səfəri nəticə verəcək?

Hazırda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması cəhdləri əvvəlki proseslərlə müqayisədə bir sıra fərqli xüsusiyyətlərə malikdir. Lakin Ankara İrəvana qarşı fundamental yanaşmalarını dəyişmir. İstər Mirzoyanla Çavuşoğlunun görüşü ərəfəsində, istərsə də ondan sonra mətbuatda nikbin şərhlər olub. Hətta AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Mirzoyanın Ankaraya səfərini “tarixi” adlandırıb. Lakin danışıqlar bitdi və quru sərhədin tam açılması, diplomatik münasibətlərin qurulması “arzuları” ilə bağlı növbəti bəyanatlardan başqa ictimaiyyət heç nə eşitmədi.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Mirzoyanın bu səfəri ötənilki Türkiyə səfərindən (erməni nazir 2022-ci ilin martında Antalyada keçirilən diplomatik forumda iştirak edib – red.) köklü şəkildə fərqlənib. Emosional və psixoloji fon uğurlu danışıqlar, qarşılıqlı faydalı kompromislərə və güzəştlərə nail olmaq üçün vacib şərtdir. Lakin siyasətdə təkcə bu hər şeyi müəyyən etmir. Ermənistan və Türkiyə qonşudur. Onlar üçün normallaşma lüks deyil, təhlükəsizlik və inkişaf üçün vacib şərtdir. Amma bu gün dövlətlər arasında diplomatik əlaqələr yoxdur, qapalı sərhəd və uzunmüddətli qarşılıqlı düşmənçilik ənənəsi mövcuddur”, - o bildirib.

Politoloq Ankara və İrəvanın barışıq cəhdlərinə qısa tarixi nəzər salıb:

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

“İlk cəhdlər SSRİ-nin dağılmasından dərhal sonra edilib. 1992-ci ilin iyununda Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Türkiyənin o vaxtkı Baş naziri Süleyman Dəmirəllə görüşüb. Belə görünürdü ki, “soyuq müharibə”nin başa çatması, Qərblə Şərq arasında ideoloji qarşıdurmanın aradan qalxması ilə İrəvan və Ankaranın barışmaq şansı var. Əslində isə bəzi problemlər aradan qalxdı, yeniləri ortaya çıxdı. Ermənistan və Türkiyəni cari hadisələrlə yanaşı, Qarabağdakı hərbi toqquşmalar bir-birindən döndərdi.

2008-ci ildə və 2010-cu ilin əvvəlində normallaşmanın "ikinci dalğası" üçün bir çox cəhd edildi. Lakin heç nə alınmadı! Türkiyədə milyonlarla azərbaycanlı yaşadığı halda bu ölkələr arasında münasibətlərin tənzimlənməsi necə ola bilərdi ki? Bu azərbaycanlılar həm seçici, həm də aktiv vətəndaşdır. Təkcə böyük geosiyasət deyil, həm də Türkiyənin daxili siyasi amili də var.

Normallaşmanın “üçüncü dalğası” 2021-ci ildə başlayıb və bu gün də davam edir. Onun əvvəlki ikisindən əsas fərqi nədir?

Birinci cəhd Türkiyə Cümhuriyyətinin Qafqaz geosiyasi oyununa qayıtdığı bir şəraitdə baş vermişdir. İkinci cəhd köhnə Qarabağ status-kvosu şəraitində (1994-2020). O zaman Ermənistan heç olmasa ortaya şərt qoya bilərdi. Bu gün, yəni üçüncü cəhddə Türkiyə Qafqaza möhkəm ayaqla tutunub, Ermənistan isə Qarabağ müharibəsində fəlakətli məğlubiyyətindən sonra diktə etmək haqqını itirib. Və burada heç bir illüziyaya ehtiyac yoxdur”.

Markedonov vurğulayıb ki, Ermənistan-Türkiyə münasibətləri üçün hansı addım atılsa da, əsas siyasi prinsiplər dəyişməyəcək:

“Ankara nə Bakını dəstəkləməkdən, nə də İrəvanla normallaşma və barışıq şərtlərini Ermənistan-Azərbaycan sülh prosesi ilə əlaqələndirməkdən əl çəkəyəcək. Bütün bunlar Türkiyənin geosiyasi menyusunda daima qalacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol