Molla rejimi Azərbaycanı bu cür məhv edir - Rəhmanifər

09:10 - 17 Fevral 2023 - SİYASƏT

 Molla rejimi Azərbaycanı bu cür məhv edir - Rəhmanifər

Təbrizin kiçilməsi dünənin və ya bu günün məsələsi deyil. Azı 100-150 ildir İran rejiminin davam edən siyasətidir. İranda Qacarlardan sonra hakimiyyətə Pəhləvilər gəldi.

Bu sözləri BUTA.TV-a Güney azərbaycanlı araşdırmaçı-yazar Məhəmməd Rəhmanifər Təbrizin ərazisinin kiçildilməsi ilə bağlı yaranan narahatlığı şərh edərkən deyib.

Pəhləvilər dönəmində Güney Azərbaycan əhalisinin İran əhalisinin 1/3-ni təşkil etdiyini diqqətə çatdıran Rəhmanifər onların Rza xan dönəmində böyük təzyiqlərə məruz qaldığını bildirib:

“Təbriz şəhəri Qacar dönəmindən bəri birinci iqtisadi şəhər idi. Yavaş-yavaş Tehran və İsfahan böyüməyə başladı, amma Təbriz hələ əvvəlki durumunu qoruya bilirdi. Günü-gündən aparılan bu siyasət, nəhayət, öz acı nəticəsini verdi. Bu gün Güney Azərbaycanda yaşayan azərbaycanlılar İranın üçdə birini yox, bəlkə, yeddidə, səkkizdə birini, ancaq təşkil edirlər. Çünki Güney Azərbaycan türkləri öz doğma yurdlarından başqa şəhərlərə köçmək məcburiyyətində qalıblar. İş və müxtəlif səbəblərdən onlar Azərbaycanı tərk edib, başqa şəhərlərdə məskunlaşıblar”.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Rəhmanifər, həmçinin, büdcə layihələrində də Güney Azərbaycana az vəsait ayrıldığını vurğulayıb:

“İranın büdcə layihəsinə baxsaq, görərik ki, təkcə İsfahana ayrılan vəsait Güney Azərbaycan bölgəsinə ayrılan büdcədən nə qədər çoxdur. Təbrizin kiçilməsi nə deməkdir? Əslində, Güney Azərbaycan kiçilir. Büdcəni fars bölgələrinə verib, oranı abad edir. Azərbaycanda isə işsizlik olacaq, təbiət zəhərlənəcək, Urmu gölü qurudulacaq, insanlar başını götürüb fars bölgələrinə gedəcək. Beləliklə də Azərbaycan kiçiləcəkdir. Günü-gündən böyümək əvəzinə camaat azalacaq, şəhərlər balacalaşacaq. Bu, bir faciədir, Pəhləvilər kimi molla-fars rejimi də bu fəlakəti Güney Azərbaycanın başına gətirir”.

Qeyd edək ki, Güney Azərbaycandan olan millət vəkili Əhməd Əlirzabeygi Təbriz ətrafının ayrıca şəhərə çevrilməsi təklifinin asanlıqla qəbul edilməsini tənqid edərək, bunun şəhərin inkişafına mane olduğunu bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol