Azərbaycan investisiyaların mərkəzinə çevrilir

23:06 - 16 Fevral 2023 - GÜNDƏM

 Azərbaycan investisiyaların mərkəzinə çevrilir

Azərbaycan azad ticarət və əla nəqliyyat əlaqələri sayəsində beynəlxalq ticarətin və investisiyaların vədverici mərkəzinə çevrilir.

BUTA.TV-ın məlumatına görə, bu barədə Britaniyanın “Deyli Teleqraf” qəzetində deyilir.

Məqalədə Azərbaycanın neft-qaz əməkdaşlığı çərçivəsindən kənara çıxaraq Britaniya biznesi üçün “yaşıl” energetika, texnologiyalar, kibertəhlükəsizlik və səhiyyə sahələrində imkanlar yaratdığı qeyd olunur.

“Böyük Britaniya Azərbaycanda ən böyük xarici investordur. 450 Britaniya şirkəti artıq Azərbaycan bazarında iştirak edir, bunların ən böyüyü olan bp isə son otuz ildir ki, bu bazardadır. Lakin genişlənmə üçün potensialın olduğu barizdir”, - müəlliflər qeyd edirlər.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Bununla belə, məqalədə qeyd olunduğu kimi, neft-qaz ixracı əvvəlki kimi ölkənin ÜDM-nin təqribən 50 faizini təşkil edir, lakin Azərbaycan sürətlə öz neft sektorunu inkişaf etdirir. Bundan başqa, hökumət bərpa olunan enerji sahəsindəki layihələri maliyyələşdirmək öhdəliyini öz üzərinə götürüb ki, bunun nəticəsində də layihələrin ümumi gücü 2030-cu ilədək istehsal olunan bərpa olunan enerjinin 30 faizini təmin etməklə 1500 meqavat olacaq.

“Azərbaycan enerji ilə yanaşı, digər sektorlarda da qətiyyətlə inkişaf edir. İKT və kommunikasiyalar sektoru pandemiya müddətində rekord artım nümayiş etdirib: 2022-ci ilin ilk üç rübü ərzində 2021-ci ilin analoji dövrü ilə müqayisədə 15,5 faiz təşkil edirdi. Kibertəhlükəsizlik və infrastruktur kimi sahələr də Britaniya biznesi üçün geniş imkanlar yaradır”, - məqalədə qeyd olunur.

Müəlliflər britaniyalı mütəxəssislərin xidmət və texnologiyalar sahəsindəki təcrübəsi ilə Azərbaycanın tibb sahəsinə çox faydalı ola biləcəyini əlavə ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol