Xəbər verdiyimiz kimi, dünəndən etibarən Bakıda fəaliyyət göstərən aparıcı supermarketlərdə polietilen torbalara görə alıcılardan ödəniş tələb olunur.
BUTA.TV xəbər verir ki, bir müddət əvvəl polietilen torbaların istehsalı ilə məşğul olan şirkətlər “SOCAR Polymer” şirkətindən qiymətləri artırdığı üçün narazılıq etmişdilər.
Polietilen torbaların istehsalı ilə məğul olan şirkətlərdən verilən məlumata görə qiymətlərin kəskin artması nəticəsində şirkətlər zərərlə işləyiblər. Həmin dövrdə məsələ ilə bağlı SOCAR-dan yeniavaz.com-a bildirmişdilər ki, qiymət artımının səbəbi dünya bazarlarında bu növ məhsulların qiymətinin artması ilə bağlıdır. Halbuki, Azərbaycan xaricə polietilen ixrac etdiyi üçün dünya bazarlarındakı qiymət artımı daxili bazara təsir etməməliydi.
Onu da qeyd edək ki, son zamanlar dünya bazarlarında da polietilenin qiymətində kəskin ucuzlaşma baş verir. Ötən ilin mart ayında dünya bazarlarında 1 ton polietilenin qiyməti 1900 dollar olduğu halda, hazırda 1640 dollara təklif edilir. Bu səbəbdən Azərbaycanın ixrac etdiyi polietilenin qiymətində də ucuzlaşma baş verib. Bu ilin yanvar ayında Azərbaycanın ixrac etdiyi 1 ton polietilenin gömrük dəyəri 1000 dollar olub. Halbuki, ötən ilin yanvar ayında bu rəqəm 1 420 dollar təşkil edib. Lakin, Azərbaycanda daxili bazarda satılan polietilenin qiyməti barədə məlumat verilmir.
Azərbaycanda hər il nə qədər polietilen torbanın satıldığı da açıqlanmır. Lakin, yanvar ayında ticarət şəbəkələrində istehlakçılara 2,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satıldığını bildirilir. Orta hesabla hər 25 manalıq məhsul 1 ədəd polietilen torbaya qoyulsa (əksər hallarda daha az olur), bu, ay ərzində təxminən 96 milyon polietlin torbadan istifadə deməkdir. Belə olan halda polietlin torbaya olan gündəlik tələbat 3 milyondan çox olur. Pərəkanda satışın ən azı 1/3-nin marketlərin payına düşüdüyünü də nəzərə alsaq, hər gün təxminən 1 milyon polietilen torba satılır. Torba orta hesabla 4 qəpikdən satıldığı üçün bu təxminən gündəlik 40 min, ayda isə 1,2 milyon manat əlavə gəlir deməkdir.
Xatırladaq ki, Azərbaycanda polietilen istehsalı ilə yalnız “SOCAR Polymer” şirkəti məşğul olur. “SOCAR Polymer” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətdən verilən məlumata görə Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Yüksək Sıxlıqlı Polietilen zavodu 2019-cu ildən fəaliyyət göstərir və zavodun illik istehsal gücü 120 000 ton təşkil edir. Şirkətin əsas səhmdarları arasında SOCAR ilə yanaşı ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq” də yer alır.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı