Ötən gün Türkiyə XİN rəhbəri Çavuşoğlunun verdiyi açıqlamalardan görünür ki, Ankara İrəvanla Bakı arasında münasibətlərin həlli üçün yeni format formalaşdırmağa çalışır. Bu, Türkiyənin vasitəçi kimi çıxış edəcəyi format olacaq.
BUTA.TV xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan deyib.
“Türkiyə bu prosesdə hər iki tərəfin (Bakı və İrəvan – red.) yanaşmalarını nəzərə alan neytral mövqe tutmağa çalışacaq. Yəni Ankara Azərbaycanın müttəfiqi kimi yox, üçüncü tərəf, vasitəçi kimi çıxış edəcək. Ən azı məndə belə təəssürat yarandı. Çavuşoğlunun bu bəyanatı ilk addımdır və Türkiyə yaxın aylarda bu planlarını həyata keçirməyə çalışacaq. Düşünürəm ki, bu, Türkiyənin regional siyasətinin bir hissəsidir. Ankaranın məqsədi bölgəyə nəzarəti ələ keçirməkdir. Region uzun illər Rusiyanın təsiri altında olub, indi Türkiyə bunu dəyişməyə çalışır”, - o bildirib.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı