Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

12:56 - 16 Fevral 2023 - GÜNDƏM

 Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

Beynəlxalq axtarışa verilmiş şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Bu barədə BUTA.TV-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun ekstradisiya haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Rəşad Xanmuradovun Qusar rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə bir qrup halında xuliqanlıq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Rəşad Xanmuradov Rusiya Federasiyası ərazisində saxlanılaraq cari ilin fevralın 15-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol