Nikol Bakıya görə gecə ikən təcili toplantı keçirdi

11:12 - 16 Fevral 2023 - GÜNDƏM

 Nikol Bakıya görə gecə ikən təcili toplantı keçirdi

Nikol Paşinyanın hakim “Mülki müqavilə” partiyasının nümayəndələri ilə gecə ilə təcili toplantı keçirməsinin səbəbi Azərbaycanla sülh sazişinin mətninin müzakirəsidir.

BUTA.TV xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

“Görüşdə Azərbaycanın sülh müqaviləsinin mətni ilə bağlı son təklifləri də müzakirə edilib. Paşinyan və hakim partiya üzvləri bu barədə fikir mübadiləsi aparıblar, bundan sonra baş nazir danışıqların mümkün qədər tez başa çatdırılmasının, həmçinin Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini bildirib”, - məlumatda deyilir.

Qeyd edək ki, fevralın 14-ü axşam saatlarında Paşinyan hakim partiyanın fəalları ilə qapalı iclas keçirib. Görüş təxminən bir saat davam edib, lakin təfərrüat barədə məlumat verilməyib.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol