Mirzoyanın Ankara səfərinin əsl məqsədi – Petrov

11:08 - 16 Fevral 2023 - GÜNDƏM

 Mirzoyanın Ankara səfərinin əsl məqsədi – Petrov

Türkiyə hər zaman Ermənistanın Azərbaycanla münasibətləri bərpa etməsi şərtilə İrəvanla diplomatik əlaqələri düzəltməyə hazır olduğunu bildirib. Ankara 1993-cü ildə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyinə görə İrəvanla əlaqəni kəsib, iki ölkə arasındakı sərhədi bağlayıb. Türkiyə bu siyasi və geoiqtisadi vasitələrdən istifadə edərək işğalçıya təzyiq göstərirdi. Ermənistan Qarabağ savaşında məğlub olduqdan sonra Paşinyanın komandası bildirdi ki, indi Türkiyənin yeganə şərti yerinə yetirilib, İrəvanın diplomatik münasibətlərin dərhal bərpasını tələb etmək hüququ var. Təbii ki, bu, erməni hakimiyyəti üçün ənənəvi məkrli söz oyunundan başqa bir şey deyil. Çünki onlar məğlubiyyətdən sonra revanş almağa, Azərbaycanla yeni müharibəyə girməyə, İrəvanın iştirakı ilə imzalanmış üçtərəfli sənədlər üzrə öhdəliklərini yerinə yetirməməyə çalışır. İrəvan Qarabağ separatçılarının silahlandırılmasını gücləndirir, Cənubi Qafqazda gərginliyin artmasına dəstək verməyə hazır olan xarici oyunçular axtarır. Amma erməni siyasətçiləri o vaxtdan Ankaraya eyni ifadə ilə üz tutublar: “Biz artıq Bakı ilə müharibə etmirik, sərhədi açın!” Təbii ki, Ankara Ermənistan-Azərbaycan münasibətlərinin əsl vəziyyətini yaxşı bilir. Buna görə də Türkiyə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasında israrlıdır. Azərbaycanla sülh müqaviləsi olmasa, Türkiyə sərhədini açmayacaq.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.

“Türkiyədə baş vermiş fəlakətli zəlzələdən sonra Ermənistanın davranışına diqqət edək. Türkiyə dəhşətli faciə yaşayırdı və onun bütün həqiqi müttəfiqləri, tərəfdaşları dərhal köməyə gəldi, ilk növbədə Azərbaycan və Rusiya. Ermənistan isə nəhayət ki, Ankara ilə münasibətləri normallaşdırmaq meylini sözdə deyil, əməldə göstərmək imkanı əldə etdi. Buna görə də İrəvan başsağlığı verdikdən az sonra Türkiyənin zərər çəkmiş əyalətlərinə humanitar yardım və xilasedici qüvvələrini göndərdi. Türkiyə təbii ki, hər ikisini qəbul etdi, çünki Ermənistanla normal təmaslara hazırdır. Üstəlik, İrəvan əvvəllər müzakirədən belə imtina edən xarici işlər nazirini də Türkiyəyə göndərdi. Yəni özünün də Ankaraya doğru addımlar atdığını nümayiş etdirdi. Ermənistanın Türkiyə istiqamətində yeganə məqsədi sərhədlərin açılmasıdır. Türkiyə Azərbaycanla sülhü Ermənistanla sərhədin açılmasının qiyməti kimi göstərir, lakin İrəvan bu qiyməti ödəmək istəmir. İrəvanın Ankaraya humanitar yardımını operativ çatdırmaq üçün Türkiyə Ermənistan-Türkiyə sərhədində keçid məntəqələrindən birini açdı. Yəni, keçən həftə ilk avtomobil de-fakto sərhədi açdı. Ermənistan hakimiyyəti Qarabağ müharibəsi başa çatdıqdan sonra 2 ildən artıqdır ki, buna can atırdı. İndi İrəvanın vəzifəsi sərhəd keçidinin açıq qalmasıdır. Ona görə də birinci yardımdan sonra ikinci, üçüncü yardımları da eyni istiqamətdə davam etdirmək istəyir. Türkiyə bu yardımları ən qısa yoldan keçirdikcə, sərhəd açıq qalır”, - o bildirib.

Petrov qeyd edib ki, İrəvanın növbəti tapşırığı Ermənistanla Türkiyə arasında olan bu nəqliyyat marşrutunun bağlanmamasıdır:

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

“Bəlkə də bu məqsədlə Mirzoyan Çavuşoğlu ilə görüşüb. İrəvan “qələbəsini” mümkün qədər tez möhkəmləndirmək istəyir. Ankaranın buna necə cavab verəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyil. Çavuşoğlu Mirzoyana kömək və xilasedicilərə görə təşəkkür edəcək, lakin vurğulayacaq ki, Ermənistan Türkiyə sərhədinin təkcə humanitar yardım üçün deyil, ümumiyyətlə açıq qalmasını istəyirsə Bakı-İrəvan əlaqələri tənzimlənməli, Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Ona görə də güman etmək olar ki, Mirzoyanın Türkiyəyə səfərindən sonra Ermənistanın zərər çəkmiş vilayətlərə yardımı dayanacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol