Avroparlamentdən Saakaşvili çağırışı: Əfv edin!

01:02 - 16 Fevral 2023 - GÜNDƏM

 Avroparlamentdən Saakaşvili çağırışı: Əfv edin!

Avropa Parlamenti Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı Mixail Saakaşvilini azad etməyə və onun xaricdə lazımi müalicə almasına icazə verməyə çağırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Avroparlamentin qətnaməsində deyilir.

Qətnamədə Avropa Parlamentinin deputatlarının Saakaşvilinin səhhətinin pisləşməsindən ciddi narahat olduqları bildirilib.

Buna görə də deputatlar Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilini konstitusion hüququndan istifadə edərək Saakaşvilini əfv etməyə çağırırıblar.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Qətnamədə deyilir ki, Gürcüstanın Avrointeqrasiya islahatlarında irəliləyişləri yenidən siyasətin mərkəzində olmalıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol