Zəlzələnin baş verdiyi zonada mikro-zona işləri həyata keçirilmədən yaşayış sahələri üçün ərazi seçilməməli və tikinti başladılmamalıdır.
BUTA.TV xəbər verir ki, bu barədə türk seysmoloq Naci Görür sosial şəbəkə səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətində yazıb.
“Televiziyadan eşitdim. Cənab Prezident zəlzələ bölgəsində daimi mənzillərin tez bir zamanda tikintisinin başlayacağını bildirib. Humanitar baxımdan əlbəttə ki, bu mövqeyi anlayıram. Lakin acizanə bir tövsiyəm var. Zəlzələnin baş verdiyi zonada mikro-zona işləri həyata keçirilmədən yaşayış sahələri üçün ərazi seçilməməli və tikinti başladılmamalıdır. İnşallah, bu dəfə səsimi lazımi şəxslərə çatdıra bilərəm”, - deyə N.Görür bildirib.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi