Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tanınmış şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəşəm Nəcəfzadəyə mənzil hədiyyə edib.
Kult.az bildirir ki, bu barədə şairin özü məlumat verib.
“Mehriban xanım Bakı şəhərində mənə mənzil hədiyyə etdi. Azərbaycan Prezidenti İlham Əliyevə və Mehriban xanım Əliyevaya bu diqqətə görə dərin təşəkkürümü bildirirəm”.
Q.Nəcəfzadə Azərbaycan Yazıçılar Birliyinin “Azərbaycan” jurnalında poeziya söbəsinin müdiri, uşaq ədəbiyyatı seksiyasının rəhbəri, Azərbaycan Respublikası Milli Radio və Televiziya Şurasının ekspert şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub.
2018-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Şairin indiyə kimi 19 şeir, 1 hekayə və 2 elmi-publisistik kitabı işıq üzü görüb. Şairin Hollandiyada ingilis və holland, Tehranda fars və Azərbaycan (ərəb qrafikası ilə), Türkiyədə türk və Kolumbiyada ispan dillərində kitabları nəşr olunub.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi