Erməni separatçılarının “dövlət naziri” Ruben Vardanyanın Moskvaya çağrılması və məsləhətləşmələrdən sonra onun eyni yolla geri qaytarılması Kremlin Azərbaycana qarşı təxribatçı siyasətini davam etdirməsindən xəbər verir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ruben Vardanyanın Xankəndiyə geri qaytarılması barədə məlumata münasibətində qeyd edib.
O bildirib ki, Moskva Vardanyandan Azərbaycana qarşı istifadə etmək istəyindən əl çəkməyib:
“Rusiyalı rəsmilər Azərbaycanla “strateji tərəfdaşlıqdan” ağır dolusu danışsalar da, erməni separatizminə dəstək vasitəsilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizliklərini nümayiş etdirirlər. Bu suallar açıq qalır: 1. Ruben Vardanyanı hansı məqsədlə Moskvaya çağırmışdılar? 2. Onunla Moskvada kim görüşüb və hansı məsələləri müzakirə edib? 3. Moskvanın Ruben Vardanyanı yenidən Qarabağa göndərməkdə məqsədi nədir?
Erməni separatçılarının müxtəlif nümayəndələri keçmiş illərdə də Moskvaya səfərlər edir və bu səfərlərin məqsədi Azərbaycana izah edilmirdi. Rusiyalı rəsmilər və diplomatlar heç zaman suallara aydınlıq gətirmədilər. Ruben Vardanyanın Qarabağa qaytarılması xəbərinin yayılmasıyla eyni gündə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gəlib və rəsmi görüşlər keçirib. Rusiya erməni separatçılarını idarə edirsə, nəqliyyat vasitələri ilə onları Laçın yolundan keçirirsə, Xovayevin “sülh” barədə fikirlərinin əhəmiyyəti olmayacaq. Rusiyaya sülh deyil, bölgə ölkələrinə nəzarət lazımdır ki, biz buna heç zaman razılaşa bilmərik”.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi