Tapılan cəsədlər tələbələrimizə aid deyil – Konsul

15:48 - 14 Fevral 2023 - GÜNDƏM

 Tapılan cəsədlər tələbələrimizə aid deyil – Konsul

Malatyada tələbələrimizin qaldığı binanın dağıntıları altından bir neçə dəqiqə əvvəl çıxarılan iki cəsəd həmin binada yaşamış azərbaycanlı tələbələrə aid deyil.

BUTA.TV xəbər verir ki, bu məlumatı ölkəmizin İstanbuldakı Baş konsulluğunun diplomatik heyətinin üzvü Zaur Allahverdizadə yayıb.

Konsul cəsədlərin binada yaşayan Türkiyə vətəndaşlarına aid olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra Malatyadakı İnönü Universitetinin azərbaycanlı tələbələri Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin yaşadığı binanın dağıntıları altında axtarışlar davam edir. Hələlik tələbələrin sağ olub-olmadığı haqqında dəqiq məlumat yoxdur.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol