Vardanyanı Qarabağa qaytardılar: Paşinyanla şou...

15:00 - 14 Fevral 2023 - GÜNDƏM

 Vardanyanı Qarabağa qaytardılar: Paşinyanla şou...

Xəbər verdiyimiz kimi, erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardanyan Qarabağdan Moskvaya qaçmışdı. Vardanyanın hansı yollarla Qarabağdan qaçdığı suallar yaratmışdı. Rubenin Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının avtomobillərində gizlənərək Qarabağdan qaçdığı bildirilirdi.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Moskvada olarkən Ruben Vardanyan israrla Qarabağa qayıtmaq istəmədiyini bildirib. Hətta Vardanyan Qarabağda müxtəlif erməni qruplaşmalar tərəfindən ona qarşı sui-qəsd olunacağı ehtimalının da olduğunu deyib və bundan sonra tapşrıqlara uyğun şəkildə hərəkət edə bilməyəcəyini vurğulayıb.

Lakin yalvarışları Vardanyanı xilas edə bilməyib, ciddi təzyiqlərlə Vardanyan Qarabağdan qaçdığı formada geri qayıtmaq məcburiyyətində qalıb.

Vardanyan-Paşinyan münasibətlərinin yeni təfərrüatları da məlum olub. Belə ki, əvvəllər yaradılan təəssürata görə, Ermənistan Baş naziri Nikol Paşinyan Vardanyanla gərginlik yaşayıb və onlar ayrı cəbhələrdə olub. Əslində isə bunlar görüntü xatirinə edilib, belə ki, Vardanyanla Paşinyan birgə hərəkət edirlər.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Bütün bu şou isə Ermənistanın qərbə yaxınlaşdığı, Paşinyanın Rusiyaya qarşı olduğu və Vardanyanla müxalif olması görüntüsünü yaratmaq üçün olub. Bəzi Qərb daiələri də sözügedən şoudan xəbərdar olub.

Vardanyanın zorla Qarabağa qaytarılması isə gələcək prespektivdə bölgədə vəziyyətin gərginləşməsinə səbəb olacaq. Artıq Laçın yolunda azərbaycanlı eko-fəalların etiraz aksiyası 65 gündür davam edir. Hələ də aksiya iştirakçılarının tələbləri yerinə yetirilməyib.

Vardanyandan bir neçə gün əvvəl Moskvaya yollanan Araik Arutunyan da yeni tapşırıqlarını alıb. Bundan sonra bölgədə Rusiya tərəfindən verilən hansı tapşırıqların icla olunacağı, hansı yeni təxribatların olacağı zamanla məlum olacaq.

Azərbaycan prosesləri diqqətlə izləyir. Həm Vardanyan, həm Arutunyan yaxın keçmişə nəzər salıb anlamalıdırlar ki, belə oyunların, təxribatların nəticələri onlar üçün çox ağır olur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol