Qondarma qurumun “müdafiə ordusunun” keçmiş “komandanı” Samvel Babayan bir neçə gündür ki, Xankəndidədir. Onun Xankəndiyə Laçın yolundan necə keçin gəldiyi isə bəlli deyil. Müharibədən sonra Babayanın Qarabağa gəlməsi erməni cəmiyyətində, xüsusilə də sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Qarabağ ermənilərinin əksəriyyəti əmindir ki, əgər “komandir” Xankəndiyə səfər edirsə, deməli, onun bəzi planları var.
BUTA.TV xəbər verir ki, bu barədə erməni Teleqram kanallarında müzakirə gedir.
Bildirilir ki, müharibədən sonra Babayanın Qarabağ erməniləri ilə ilk təması ötən ilin oktyabrında olub.
Babayan oktyabrda mitinq keçirməyə cəhd etməsi ilə yadda qalmışdı. Və budur, bir neçə ay sonra o, yenidən Qarabağdadır. Onun bu səfərinin məqsədi barədə də müzakirə gedir, müxtəlif söz-söhbətlər dolaşır. Babayanın yaxın gələcəkdə fəallaşaraq, Qarabağda yeni “daxili siyasi birləşmədə” öz yerini təsdiqləmək niyyətinin olduğu deyilir. Başqa bir versiyaya görə, Nikol Paşinyan Qarabağda yalnız ona tabe olan yeni güc formalaşdırmağa çalışır. Babayanın orada görünməsi məhz bu kontekstdə nəzərdən keçirilməlidir.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi