İrticaçı terror rejimi olan İran bəzi Güney Azərbaycan milli fəallarımızı azad edib. Rejim istəyir ki, bir neçə nəfəri həbsdən buraxıb, sonra öz təbliğatlarını aparsın. Xameneinin sərəncamı ilə əfv olunan şəxslərin çoxu yüngül cəzalı, yaxud da etiraz vaxtı təsadüfən tutulan, küçədən keçən adamlardır.
Bu sözləri BUTA.TV-a Güney Azərbaycan Demokratik Türk Birliyinin üzvü Elvin Oyta son günlər əfv olunan milli fəallarımız haqqında danışarkən deyib.
“İnqilabın yubileyi münasibətilə nəzərdə tutulan əfvdə cəzası ağır olan şəxslər yoxdur. Hansı ki, etiraz zamanı polislə mücadilə etməkdə, ya da özlərini qorumaq üçün daş atmaqda ittiham olunan gənclərin bu siyahıda yer alması lazım idi. Qeyri-fars millətin nümayəndələri haqqında da bunu demək olar. Onların bəzilərinə uzunmüddətli həbs veriblər, bəzilərini isə edam ediblər. Buraxılanlar əvvəlki hərəkatımızdan olan fəallardır. Onların da həbs müddəti bitmək üzrə idi. Bir neçə maddə üzrə ittiham olunan şəxsləri həbsdən azad etsələr də, sürgün cəzası qüvvədən qalxmayıb. Milli fəal Əlirza Fərşi belə siyasi məhbuslardandır. Onu iki il ərəb bölgəsinə sürgün gözləyir”.
O, rejimin bütün körpüləri yandırdığını diqqətə çatdırıb:
“İran rejimi heç vaxt siyasi fəallarla münasibətində səmimi olmayıb, onlarla yumşaq davranmayıb. Uzunmüddətli həbslər verib, işgəncələr edib, hətta bəzilərinə sui-qəsd planlaşdırıb. Xaricdə yaşayan Güney azərbaycanlı fəallarımıza qarşı hücumlar olunub, onlara qarşı terror hadisələri törədiblər. İran rejimi yırtıcı bir rejimdir. Bunlar heç bir zaman əməllərindən əl çəkməzlər. Öz hakimiyyətlərini qorumaq üçün ya milləti məhv edəcəklər, ya da görsələr işləri xarabdır, qaçacaqlar”.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi