Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Qızılağac Milli Parkının və Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə xidmətin rəisi Firuddin Əliyev məlumat verib.
O bildirib ki, Xidmətin, Qızılağac və Şirvan milli parklarının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:
“Araşdırma zamanı brakonyerin Cəlilabad rayon sakini Cavid Nəhmətov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb”.
Xidmət rəisinin sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisindən 3000 metr uzunluğunda sintetik tor yığışdırılıb.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi