Türkiyədə zəlzələdə zərərçəkənlərə yardım aparması ilə gündəmə gələn Sərvər Bəşirliyə Rusiyada yaşayan Bəxtiyar adlı azərbaycanlı iş adamının avtomobil hədiyyə edəcəyi açıqlanmışdı.
Gundem.az xəbər verir ki, aparıcı Tarix Əliyev (Tolik) "Ümid ilə gəl" proqramında Sərvərin maşınının açarını bu gün təqdim edəcəklərini demişdi. Tolik bildirib ki, S.Bəşirlinin valideynləri ilə görüşdükdən sonra ona avtomobil vermək fikrindən daşınıblar.
Belə ki, ailəsi həmin gəncin evinin olmadığını, maşın üçün ayrılan pulun onun evinin tikintisinə sərf edilməsini istəyiblər. Tolik Sərvərə 10 min manat verərək, ev hazır olduqdan sonra əşyalarına da yardım edəcəyini söyləyib.I'm
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi