Vaşinqton Rusiyanın sülh çağırışına məhəl qoymasa...

12:44 - 13 Fevral 2023 - GÜNDƏM

 Vaşinqton Rusiyanın sülh çağırışına məhəl qoymasa...

Hazırda Vaşinqton Ukraynadakı münaqişəyə son qoymaqda maraqlı deyil.

BUTA.TV xəbər verir ki, bu barədə Çinin “Qlobal Tayms” nəşri yazıb.

Bildirilir ki, ABŞ indi ya Rusiya ilə danışıqlara hazır deyil, ya da bunu istəmir.

İddia edilib ki, ABŞ Prezidenti Co Bayden administrasiyası münaqişənin sona çatmasına imkan verməyərək və bundan Rusiya və AB-nin mövqelərini sarsıtmaq üçün istifadəyə davam edəcək. Bunun üçün Ukrayna Vaşinqtonun ödəməyə hazır olduğu qiymətdir.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

“Ötən il Rusiya-Ukrayna danışıqlarının çoxillik raundunun önəmli nəticələrinin olmaması göstərdi ki, hətta ölkələr aralarında müəyyən razılığa gəlsə də, Vaşinqton dərhal müdaxilə edib bütün prosesi korlayacaq”, - çinli hərbi ekspert Sonq Çjunpin bildirib.

Ekspert qeyd edib ki, indi əsas məsələ Rusiya və Ukrayna arasında danışıqların mümkünlüyündə deyil:

“Bunun həlli Vaşinqton və Moskvanın eskalasiyanın qarşısını almaq üçün ən azı bir növ susqun konsensusa nail olma ehtimalıdır. Əgər Rusiyanın danışıqlar çağırışına ABŞ tərəfindən məhəl qoyulmasa, onda Moskva hərbi tədbirlərlə daha qətiyyətli irəliləyişlər edəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol