Yəmənli Nobel Mükafatı laureatı Türkiyədə 50 ev tikəcək

12:26 - 13 Fevral 2023 - GÜNDƏM

 Yəmənli Nobel Mükafatı laureatı Türkiyədə 50 ev tikəcək

Yəmən vətəndaşı, ictimai fəal, Nobel Sülh Mükafatı laureatı Təvəkkül Karmanın başçılıq etdiyi “Tawakkol Karman Foundation” Türkiyənin Qəhrəmanmaraş şəhərində zəlzələdən zərərçəkənlər üçün 50 ev tikəcəklərini bildirib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə fonddan bildirilib.

Məlumata görə, Yəməndə Belqees TV-yə müsahibə verən xanım Karman tikiləcək evləri yəmənlilərin Türkiyə ilə həmrəylinin göstəricisi olduğunu deyib.

O, binaların AFAD-ın vasitəsilə tikiləcəyini də bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Qeyd edək ki, Təvəkkül Karman 1979-cu il fevralın 7-də Yəməndə anadan olub. O, Yəməndəki inqilabın beynəlxalq ictimaiyyət üçün siması sayılır. Onu Yəmən xalqı “Dəmir qadın” və “İnqilab anası” adlandırır. T.Kamran 2011-ci ildə Ellen Conson Sirlif və Leymah Qbovi ilə birlikdə Nobel Sülh Mükafatını alıb. O, Nobel Sülh Mükafatını alan ilk yəmənli, ilk ərəb qadını, həmçinin bu mükafatı alan ikinci müsəlman və ən gənc qadın olub.

T.Karman yəmənli jurnalist, siyasətçi və uzun müddət Əl-İslah Partiyasının üzvüdür. 2005-ci ildə yaradılmış "Zəncirsiz Jurnalistlər" qrupunun həmtəsisçisidir. 2012-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib və Təvəkkül Karman adını alıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol