Atam infarktdan vəfat etdi – Baykalın qızı

17:40 - 12 Fevral 2023 - GÜNDƏM

 Atam infarktdan vəfat etdi – Baykalın qızı

Atam evdə yuxuda infarkt keçirərək vəfat edib. Fevralın 14-də doğulduğu Antalya şəhərində torpağa tapşırılacaq.

BUTA.TV Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykalın qızı Əsli Baykal deyib.

Beyin damarlarında tıxanmaya görə müalicə üçün bir müddət əvvəl Almaniyaya gedən Baykal fevralın 11-də 84 yaşında dünyasını dəyişib.

Dəniz Baykal üçün fevralın 14-də Türkiyə Böyük Millət Məclisində anım mərasimi keçiriləcək. Əhməd Hamdi Akseki məscidində cənazə namazından sonra dövlət qəbiristanlığında dəfn ediləcək.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol