Xoy vilayətindəki dağıdıcı zəlzələdən zərər çəkənlərə dövlətin yardım etməməsi səbəbindən artan etirazlardan sonra İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf zəlzələdən zərər çəkmiş bölgəyə səfər edib.
BUTA.TV Günaz TV-yə istinadla xəbər verir ki, Xoy hava limanı vasitəsilə Qərbi Azərbaycan əyalətinə gedən Qalibaf zəlzələdən zərər çəkən bəlgələrdə etirazlarla qarşılanıb.
Çadır düşərgələrində müvəqqəti yerləşdirilən zərər çəkənlər hakimiyyət nümayəndələrinin vədlərinin özünü doğrultmadığını deyiblər. Xoylular məsulların öz yaxınlarını kameralar qarşısına çıxararaq yaradılmış şərait barədə yalan təbliğat apardıqlarını bildiriblər.
Valilik, fərmandarlıq və başqa qurumların rəsmi statistikada göstərdikləri yardım həcminin reallıqda ortada olmadığını, hakimiyyət məmurlarına yaxın olan şəxslərin qeyd edilən yardımlardan istifadə etdiklərini söyləyiblər.
Qeyd edək ki, Xoy şəhərində yanvarın 28-i baş verən 5.9 bal gücündə zəlzələdə zədələnən evlərin ümumi sayı 13200-ə çatıb. Hazırda 130 min nəfər çadır düşərgələrində yerləşdirilib. Onlara konteyner sığınacaqları ilə bağlı verilən vədlər yerinə yetirilməyib. Yalnız hadisənin üstündən iki həftə sonra parlament sədri Xoya səfər edib ki, bu da görüntü xatirinə atılan addım kimi qiymətləndirilir.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi