Rusiya-Gürcüstan sərhədi ilə bağlı qərar

19:24 - 11 Fevral 2023 - GÜNDƏM

 Rusiya-Gürcüstan sərhədi ilə bağlı qərar

Rusiya və Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsindən Türkiyə yük maşınları növbəsiz buraxılacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Şimali Osetiya Respublikasının başçısı Sergey Menyaylo məlumat verib.

O bildirib ki, Türkiyədə dağıdıcı zəlzələ ilə əlaqədar respublikanın rəhbərliyi Türkiyə yük maşınlarının sərhəddən növbəsiz buraxılması barədə qərar qəbul edib.

Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzinin məlumatına görə, hazırda “Yuxarı Lars” keçid məntəqəsində olan 2300 avtomobilin 20 faizi Türkiyəyə gedir. Onlar üçün ayrıca dəhliz yaradılacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol