Zəlzələdən istifadə edənlər: oğurluq, yardımın talanması…

15:12 - 11 Fevral 2023 - GÜNDƏM

 Zəlzələdən istifadə edənlər: oğurluq, yardımın talanması…

Hatayda zəlzələdən istifadə edib dələduzluq edən 42 şübhəli şəxs saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, saxlanılan 42 nəfər dağılmış binalardan oğurluq edən və bölgəyə zərərçəkmişlər üçün gətirilən yardımları ələ keçirməyə çalışan şübhəli şəxslərdir.

Bildirilir ki, saxlanılanların üzərindən 11 min dollar, 70 min lirə, 20 mobil telefon, 8 kompüter, 6 tapança, 3 ov tüfəngi, ziynət əşyaları və digər əşyalar aşkarlanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol