İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevral ayının 10-da saat 12:05-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 1 (bir) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Xəlilov Şöhrət Oqtay oğlu dövlət sərhədini pozaraq 10 kiloqram 280 qram narkotik vasitə “marixuana”, 8 ədəd “Metadon M-40” və 30 ədəd “namadol” həblərini ölkə ərazisinə keçirməyə cəhd edərkən sərhədçilər tərəfindən saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov