Məşhur türkiyəli aktrisa Hande Erçelin böyük bacısı Gamze Erçel və həyat yoldaşı Caner Yıldırım gözəl bir addım atmaq qərarına gəliblər.
Cütlük zəlzələdən əziyyət çəkən körpənin himayədar ailəsi olmaq üçün müraciət ediblər.
Onlar kimsəsiz bir körpəyə ailə olmaq istədikləri barədə qərarlarını sosial media hesablarında açıqlayıblar.
“Həyat yoldaşımla belə bir qərar verdik. Bir körpənin ailəsi olmaq üçün müraciət etdik. Çətin bir proses olacaq, uzun çəkəcək, günü sabah dərhal cavab gəlməyəcək, amma biz bunu etmək qərarına gəldik. Həyatdakıları yaşatmağımız üçün 10 gün sonra motivasiyaya ehtiyacımız olacaq. İnsanların sığınacağı üçün kirayə yardımlarına ehtiyac olacaq. Uşaqlara dəstək lazım gələcək...”, - deyə cütlük açıqlamada qeyd edib.
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov