Tehran və İrəvan Laçına hücum edərsə... – Türk polkovnik

09:02 - 11 Fevral 2023 - SİYASƏT

 Tehran və İrəvan Laçına hücum edərsə... – Türk polkovnik

Türkiyə ciddi zəlzələyə məruz qalsa da, bütün riskləri daima dəyərləndirir. Alternativ planları hər zaman var. Geopolitik kövrəkliyi görüb, baş verə biləcək təhdidləri müəyyən edə bilir. Türkiyə və Azərbaycanla belə bir gündə düşmənçilik edənlər uduzarlar.

Bu sözləri BUTA.TV-a ehtiyatda olan türkiyəli polkovnik Ünal Atabəy İran və Ermənistanın Azərbaycana hücum planı haqda yayılan informasiyaları şərh edərkən deyib.

O bildirib ki, əgər İran və Ermənistanın Laçına hücum planları varsa, bu onların qursağında qalacaq:

“Türkiyənin gücü hər zaman yerindədir. Silahlı Qüvvələrimiz eyni vaxtda 3-4 cəbhədə savaşacaq qabiliyyətə və imkana malikdir. Bu zəlzələni fürsət bilib, Ermənistan və İranın Laçın dəhlizi ilə bağlı qurmaq istədikləri oyun üzüntü ilə izlənilir. Əgər İran və Ermənistan belə bir addım atmağa cürət edərsə, Türkiyə və Azərbaycan dünyanı onların başına yıxar. Bundan əmin olsunlar. Qarabağın tamına nəzarət edəcəyimiz kimi, Zəngəzur dəhlizini də nəzarət altına alacağıq. Onların Laçınla bağlı qurduğu xəyalları baş tutmayacaq. Ermənistan avropalı dostlarına güvənməsin, çünki hesabını ağır ödəyə bilər”.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol