Buna görə Bakının şikayətini heç eşitmədik - Zaxarova

23:08 - 10 Fevral 2023 - SİYASƏT

 Buna görə Bakının şikayətini heç eşitmədik - Zaxarova

Avropa İttifaqının müşahidə missiyasını Ermənistana göndərməklə Brüsselin açıq-aşkar məqsədi regionda formalaşmış təhlükəsizlik sistemini dəyişdirməkdir.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün bildirib.

“Əgər bu cür bəyanatlarla Avropa İttifaqının regionda iştirakına haqq qazandırmağa cəhd edilirsə, o zaman bunu uğurlu hesab etmək çətindir. Rusiya sülhməramlıları Qarabağda sülhü təmin edir, Ermənistan ərazisində, o cümlədən Ermənistan-Azərbaycan sərhəd zolağında hərbçilərimiz və sərhədçilərimiz fəaliyyət göstərir. Bu münasibətlə heç vaxt Bakının qorxusunu, şikayətini eşitməmişik. Eyni zamanda Aİ-nin Ermənistana müşahidə missiyası göndərmək qərarına Bakının tənqidi münasibətindən xəbərdarıq. Görünən odur ki, Brüsselin məqsədi regionda formalaşan təhlükəsizlik sistemini dəyişməkdir”, - deyə M.Zaxarova qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, onun təməl daşı Rusiya hərbçilərinin və sərhədçilərinin bölgədə olması, Ermənistanın KTMT-yə üzv olması və üç ölkənin qəbul etdiyi qərarların praktiki olaraq həyata keçirildiyi siyasi iradədir.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

“İrəvanda bunun başa düşüldüyünə və nəzərə alındığına inanmaq istəyi var. “Biz erməni tərəfdaşlarımızla həm ikitərəfli, həm də çoxtərəfli şəkildə dialoqa açığıq”, - deyə Mariya Zaxarova Cənubi Qafqazda sabitliyin qorunması üçün həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi baxımından bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol