Yunan nəşri: Biz hamımız türkük!

19:36 - 8 Fevral 2023 - GÜNDƏM

 Yunan nəşri: Biz hamımız türkük!

Yunanıstanın “Kathimerini” adlı populyar gündəlik qəzeti öz saytında və sosial şəbəkələrdəki hesablarında Türkiyə xalqını dəstəkləyən rəsm dərc edib. Rəsmin müəllifi Dimitris Hadzapulos binanın fasadında “Biz hamımız türkük” yazan gənci təsvir edib.

BUTA.TV xəbər verir ki, bu rəsm dünən tanınmış fransız satirik jurnalı “Şarl Hebdo”nun qalmaqallı karikaturasına özünəməxsus cavab olub.

Yunan nəşrinin bu addımı sosial şəbəkə istifadəçilərinin ziddiyyətli reaksiyasına səbəb olub. Bəziləri qeyd ediblər ki, təkcə türklər deyil, suriyalılar və kürdlər də dəstəyə layiqdirlər, digərlərinin fikrincə, bu cür vəziyyətlərdə insanları milli mənsubiyyətinə görə qiymətləndirmək düzgün deyil. Lakin əksər şərhlərdə sözügedən qəzetin bu cür mövqeyi etiraz doğurub və onları yazanlar hər kəsin adından çıxış etməməyi tövsiyə ediblər.

Xatırladaq ki, bu ərəfədə türklərə və ümumilikdə müsəlmanlara qarşı düşmənçiliyi ilə fərqlənən “Şarl Hebdo” fransız jurnalının Tvitter hesabında Türkiyədə dağılmış binaları və aşmış avtomobilləri təsvir edən karikatura dərc edilib. Bu nəşr təxribatçı karikaturanı aşağıdakı istehzalı sözlərlə təqdim edib: “Hətta tanklar da lazım deyil”.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol