ABA bəyanat yaydı: Yardımdan vergi tutulmayacaq

17:00 - 8 Fevral 2023 - GÜNDƏM

 ABA bəyanat yaydı: Yardımdan vergi tutulmayacaq

8 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib.

BUTA.TV xəbər verir ki, iclas zamanı 6 fevral tarixində qardaş Türkiyə Respublikasında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edilib, ölkəmizin bank icmasının qardaş Türkiyə xalqına hər zaman dəstək olmağa hazır olduğu yekdilliklə bildirilib.

Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə bank icması baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (AFAD) ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı barədə yekdilliklə qərar qəbul etmişdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol