Elvin Oyta: Onlar manqurtlaşmış azərbaycanlılardır

08:32 - 8 Fevral 2023 - GÜNDƏM

 Elvin Oyta: Onlar manqurtlaşmış azərbaycanlılardır

İran terrorçu rejimi Güney Azərbaycanın bütün abidələri və tarixi binalarını məhv etmək fikrindədir. Bizə aid nə varsa, hamısını dağıdır.

Bu sözləri BUTA.TV-a Güney Azərbaycan Demokratik Türk Birliyinin üzvü Elvin Oyta deyib.

O bildirib ki, tarixi abidələr İran rejiminin barbar siyasəti ilə yox olmaq üzrədir:

“Gözəl memarlıq nümunələrinə malik Ərk qalası, yaxud nadir tikililərdən olan Göy məscid - hamısı tarixi əhəmiyyətli binalar idi. Bəzi abidələrimizi əl ilə dağıtmağa gücləri çatmırdı, topla vurub yıxırdılar. Çox qədim binaların yaxınlığında yeni binalar tikiblər. Bu isə qədim binanın özülünü dağıdır. Qorumaq əvəzinə Yer üzündən silməyə çalışırlar”.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Elvin Oyta farsların Azərbaycan abidələrinə laqeyd yanaşmasının Pəhləvilər dönəmindən miras qaldığını vurğulayıb:

“Pəhləvilər hakimiyyətə gələndə türk abidələrinin qəsdinə durdular. Biz Məhəmməd Rza “Palani”, oğluna “Rza Palani” deyirik. Bunların şöhrəti “Palani” idi. Sonra dəyişib, özlərinə Pəhləvi deyiblər. Baxmayaraq, bunların türk tərəfi də var. Bir tərəfləri Şimali Azərbaycandan olduğu deyilir. Amma assimilyasiya olunub, manqurtlaşanlardandır. Fars faşizmini quran irançılardır. Soyları türk olsa da, satqın olublar. Məmməd Rzanın 3 xanımı olub. İkisi bunun əxlaqının düzgün olmadığını görüb, boşandı. Lakin Təbrizdən olan Fərəh onunla evləndi. Özü bir kəlmə türkcə danışmayıb. Bizim mədəniyyəti təbliğ etməyib, əksinə, ziddimizə olub”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol