Türkiyədə baş vermiş zəlzələdən iki gün ötür.
BUTA.TV Report-a istinadla xəbər verir ki, təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.
Belə ki, Azərbaycanın xilasediciləri Qəhrəmanmaraş şəhərində qruplar şəkilində axtarış işlərinə qoşulub. FHN əməkdaşları daha çox şəhərin Hayrullah məhləsi, Azərbaycan bulvarı küçəsindəki binaların dağıntılar altında qalmış insanların axtarış-xilasetmə işlərini həyata keçiriblər.
Hazırda da Azərbaycanın xilasediciləri dağıntıların dərinliklərinə, ən riskli yerlərə daxil olaraq orada qalmış insanların canlı və cansız bədənlərini çıxarırlar.
Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib. Onlar da dağıntılar altında qalmış şəxslərin tez bir zamanda aşkarlanmasında köməklik edirlər.
Gün ərzində FHN-in əməkdaşları dağıntılar altından 11 sağ insan, 20-yə yaxın isə meyit çıxararaq aidiyyəti üzrə təhvil verib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi