Zəlzələni İstanbulda lövbər salan ABŞ gəmisi edib?

14:18 - 7 Fevral 2023 - GÜNDƏM

 Zəlzələni İstanbulda lövbər salan ABŞ gəmisi edib?

Zəlzələ ilə bağlı yenə “komplo teorilərinin” sayı artıb. Versiyalardan biri budur ki, Türkiyədəki zəlzələni fevralın 3-də İstanbulda lövbər salan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi yaradıb, guya həmin gəmidə zəlzələ yaradan xüsusi texnologiya mövcuddur.

BUTA.TV xəbər verir ki, bu barədə yazan politoloq Elxan Şahinoğlu zəlzələ üzrə mütəxəssislərin bu versiyanı rədd etdiyini xatırladıb.

“Alimlərdən biri 7 gücündə zəlzələ yaratmaq üçün İkinci Dünya müharibəsində Yaponiyanın Hirosima şəhərinə atılan atom bombasından yüz minlərlə lazım olduğunu deyib. Dünyada süni surətdə zəlzələ yaratmaq üçün enerji yoxdur. Zəlzələlər yerin yüz kilometrliklərlə dərin qatlarında baş verir.

ABŞ dünyanın ən güclü dövləti sayılır. Ancaq dünyanın super-dövləti belə süni surətdə zəlzələ, sunami yarada bilməz. Amerikanın belə bir gücü olsaydı, Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanı çökdürərdi. “Zəlzələ Amerikanın işidir” ittihamlarını səsləndirməkdənsə, zəlzələyə dözümlü binaların tikintisi və digər binalarının möhkəmləndirilməsi barədə düşünülməlidir. Yaponiyada daha şiddətli zəlzələlər baş verir, ancaq binalar ziyan görmür, çünki bu ölkədə zəlzələyə dözümlü texnologiyalardan istifadə olunur. Ancaq Yaponiya kimi ölkə də sunamiyə təslim oldu və sahildəki “Fukusima” atom elektrik stansiyası zərər gördü. Türkiyədə zəlzələnin baş verdiyi ərazidə Rusiya texnologiyası əsasında “Akkuyu” atom elektrik stansiyası inşa edilir. Əsas məsələ bu stansiyasının şiddətli zəlzələyə və sunamiyə dözümlülüyünü təmin etməkdir”, - o bildirib

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol